Əfqanıstanın cənubunda hərbçilərlə “Taliban” qruplaşması arasında baş verən atışma nəticəsində 3-ü uşaq, 2-si qadın omaqla 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

Bu barədə Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi, Zabul əyaləti xəstəxanasının baş həkimi Nazir Xarifal bildirib.

Məlumata görə, atışma Əfqanıstanın cənubunda yerləşən Zabul əyalətinin Kalat dairəsində baş verib.

İstinadlar Report