Əfqanıstanda minaların və partlamamış hərbi sursatların təmizlənməsi ilə məşğul olan Britaniya-Amerika qeyri-kommersiya təşkilatı “HALO Trust”ın əməkdaşlarına qarşı maskalı naməlum silahlılar tərəfindən hücum edilib.

Qeyd olunub ki, hücum nəticəsində şirkətin ən azı 10 əməkdaşı ölüb, 14 nəfər yaralanıb.

Əfqanıstan rəsmiləri hücumun Taliban tərəfindən həyata keçirildiyini hesab edirlər.

İstinadlar Report