Əfqanıstanın müxtəlif rayonlarında gün ərzində aparılan əməliyyatlar zamanı “İŞİD – Xorasan” terror qruplaşması və radikal “Taliban” hərəkatının azı 30 yaraqlısı məhv edilib.

Bu barədə “Khaama Press” agentliyi məlumat yayıb.

“Nanqarhar əyalətinin Hocani rayonunda koalisiyanın endirdiyi hava zərbələri nəticəsində “İŞİD – Xorasan”ın iki yaraqlısı öldürülüb, daha 7 yaraqlı isə Bəlx əyalətinin Şamtal qəzasında və Hilmənd əyalətinin Vaşer qəzasında aparılan analoji əməliyyatlar zamanı məhv edilib”, – deyə agentliyin həmsöhbəti bildirib.

Həmçinin koalisiya qüvvələrinin Qazni əyalətində apardığı əməliyyat zamanı “Taliban”ın 4 yaraqlısı məhv edilib.

Bundan əlavə, Əfqanıstan hərbçilərinin Tarinkot şəhərində apardığı əməliyyat zamanı “Taliban”ın 13 yaraqlısı zərərsizləşdirilib. Daha 4 talib isə Kunar və Paktiya əyalətlərində öldürülüb.

İstinadlar Report