Əfqanıstanda dövlət universitetlərində yaxın vaxtlarda təhsil prosesi bərpa olunacaq.

Bunu “Taliban” müvəqqəti hökumətinin ali təhsil naziri Şeyx Əbdülbaki Həqqani deyib.

Həqqaniyə görə, Əfqanıstanda dövlət universitetlərinin bağlanmasına səbəb iqtisadi çətinliklər olub.

O xatırladıb ki, ölkədə 40 dövlət, 150 özəl universitet var. Eyni zamanda, özəl ali məktəblərdə tədris prosesi davam edir.

Nazir, həmçinin Əfqanıstanda beynəlxalq standartlara uyğun dövlət universitetinin tikintisi istiqamətində işlərin aparıldığını bildirib.

İstinadlar Report