“Biz Əfqanıstanda Azərbaycanın “ASAN xidmət” konseptini tətbiq edirik. Düşünürəm ki, “ASAN xidmət” qazandığı mükafata tam layiqdir”.

Bunu Əfqanıstan “ASAN xidiməti”nin baş direktoru Məhəmməd Naim Çamkanai “BMT-nin Dövlət Xidmətləri Forum”u çərçivəsində baş tutan Nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, Əfqanıstanda “ASAN xidmət”in fəaliyyətə başlaması üçün 12 nazirlik bu prosesə qoşulub. O qeyd edib ki, indiyə qədər artıq 16 xidmət avtomatlaşdırılıb və asanlaşdırılıb: “Əvvəllər bu xidmətlərin göstərilməsi çox vaxt aparırdı. Biz Azərbaycanın “ASAN xidmət” modelinin təklif etdiyi çıxış yollarından faydalanaraq bu prosesləri asanlaşdırdıq. Bu işə başlayanda əsas üzləşdiyimiz çətinlik infrastruktur çatışmazlığı idi. Effektivlik, innovasiya və şəffaflıq bizim üçün əsas prinsiplərdir”.

Məhəmməd Naim Çamkanai vurğulayıb ki, forumda əldə etdiyi bilikləri öz ölkəsində tətbiq etməyə çalışacaq: “İnanıram ki, bizim ölkəmizdə də real dəyişikliklər baş verəcək və ümid edirəm ki, gələcəkdə belə tədbirlər Əfqanıstanda da keçiriləcək”.

İstinadlar Apa