Koalisiya qüvvələri Əfqanıstanın Qəzni və Paktiya vilayətlərində “Taliban” hərəkatının silahlılarına qarşı hava hücumu təşkil ediblər.

Məlumata görə, əməliyyat zamanı 14 silahlı öldürülüb və yaralanıb. Qeyd edilir ki, əfqan hərbçiləri həmçinin silahlıların 4 əldəqayırma partlayıcı qurğusunu müəyyənləşdirərək zərərsizləşdiriblər.

Daha əvvəl “taliban”çılar Əfqanıstan ordusunun generalını öldürüblər.

İstinadlar Report