
Əfqanıstan üzrə Təhlükəsizlik Şurası katiblərinin beşinci çoxtərəfli görüşü fevralın 8-də Moskvada keçiriləcək.
Məlumata görə, görüşdə Əfqanıstandakı vəziyyətin həllinə istiqamətlənməklə beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Müzakirələrdə Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndələri iştirak edəcək.
Daha əvvəl Rusiya TŞ-nin katibi Nikolay Patruşev MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərlərinin görüşü zamanı Əfqanıstanın hazırkı hakimiyyətinin hələ də ABŞ üzərində qələbənin eyforiyası ilə yaşadıqlarını bildirmişdi.