Əfqanıstanın şimalında yerləşən Farbay əyalətinin Peştun Kot rayonunun Xoca Namus kəndində təhlükəsizlik qüvvələrinin havadan keçirdiyi əməliyyat nəticəsində “Taliban” hərəkatının 19 silahlısı öldürülüb.

Bunu Əfqanıstanın şimalındakı “Şahin”lər Korpusunun Komandanlığından bildiriblər.

Komandanlığın açıqlamasına əsasən, “Taliban”ın 15 silahlısı yaralanıb.

Öldürülənlər arasında silahlı qruplaşmanın bölgə üzrə məsul şəxslərin də olduğu bildirilib.

İstinadlar Report