Əfqanıstanın paytaxtı Kabildə müdafiə naziri general Bismilla Xan Məhəmmədin evinə edilən hücum zamanı 4 nəfər ölüb, onlarla insan yaralanıb.

“Dörd nəfər ölüb, iyirmi nəfər yaralanıb”, – təhlükəsizlik xidmətinin əməkdaşı agentliyə bildirib. Eyni zamanda, söhbətin hücum edənlərdən və ya mülki şəxslərdən getdiyi məlum deyil.

Agentlik Daxili İşlər Nazirliyinin sözçüsü Mirvais Stanekzaya istinadən nazirin evinə hücum edənlərin hamısının öldürüldüyünü bildirib.

İstinadlar Report