Əfqanıstanın paytaxtı Kabildə minalanmış avtomobil partladılıb.

Məlumata görə, hadisə paytaxtın cənub-şərqindəki Şah Şəhid rayonunda qeydə alınıb. Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Qeyd edilir ki, avtomobildəki şəxslər Əfqanıstan Mərkəzi Bankının əməkdaşları olub.

İstinadlar Report