Əfqanıstan İŞİD-i məğlub etdi – Aralarında Azərbaycan vətəndaşları da var+ Video

Əfqanıstan təhlükəsizlik qüvvələri Pakistanla həmsərhəd Nənqərhar vilayətində İŞİD terror qruplaşmasını məğlub edib.
Bu barədə Əfqanıstan Prezidenti Əşrəf Qani Nənqərhar vilayətində çıxışı zamanı bildirib.
“İŞİD-in məğlub edilməsi o demək deyil ki, biz ərazini “Taliban” hərəkatına verəcəyik. Xeyr, sadəcə insanlara… Təhlükəsizlik qüvvələrimiz Nənqərharda təhlükəsizliyi təmin edəcək və biz ora nə qaçaqmalçıları, nə də terrorçuları buraxacağıq”, – deyə Qani bildirib.
Məlumata görə, ələ keçirilən terrorçular arasında Pakistan, Tacikistan, Özbəkistan, İran, Qazaxıstan, eləcə də Azərbaycan vətəndaşları var.