Efiopiyanın Tiqray əyalətinin üsyançı qoşunları ölkənin paytaxtı Əddis-Əbəbədən 189 km şimal-şərqdə yerləşən Debre-Sina şəhərini ələ keçirib.

Bu barədə “Somali Guardian” məlumat yayıb.

Məlumata görə, şəhərin tutulması üsyançıların nəzarət etdikləri Şeva-Robit qəsəbəsindən hücumların ardınca baş verib.

Qeyd edək ki, Tıqray üsyançıları oktyabrın 27-də Efiopiyanın şimalında hücuma keçərək Əddis-Əbəbəyə doğru irəliləyiblər. Noyabrın 2-də federal hökumət növbəti altı ay ərzində bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Federal qüvvələrin komandanlığı noyabrın 5-də veteranları silahlı qüvvələrin sıralarına qayıtmağa və üsyançılarla mübarizə aparmağa kömək etməyə çağırıb.

İstinadlar Report