Efiopiyanın şimalında sərnişin avtobusunun uçurumdan düşməsi nəticəsində azı 38 nəfər ölüb.

Ölənlərin 28-i kişi, 10-u qadındır.

Avtobusda, ümumilikdə, əksəriyyəti tələbə olmaqla 48 nəfər olub. Sağ qalan 10 nəfər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbi açıqlanmır.

İstinadlar Report