Efiopiyanın paytaxtı Əddis-Əbəbə yaxınlığında Afrika qitəsinin ən böyük dəyəri 6 milyard dollar olan beynəlxalq hava limanı tikiləcək.

Bu barədə “Fana” teleradiostansiyası məlumat yayıb.

“Ethiopian Airlines” qrupunun baş direktoru Mesfin Taseunun sözlərinə görə, bu hava limanı beş ildən sonra Bişoftu kurort şəhəri (Oromiya regionu) yaxınlığında, ölkənin paytaxtından 17 km aralıda yaradılacaq və onun sahəsi 35 kv.km olacaq.

Yeni beynəlxalq hava limanının birinci mərhələsi ildə 60 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub və ikinci mərhələnin başa çatması ilə sərnişin tutumu 100 milyona qədər yüksələcək.

İstinadlar Report