Efiopiya hökumət qüvvələri ölkənin şimalında dörd şəhəri Tıqray üsyançıları və onların müttəfiqlərindən azad edib.

Bu barədə ölkənin baş naziri Abiy Əhmədin ofisi məlumat yayıb.

Azad edilən Mehal-Meda, Çefa-Robit, Harbun və Mekoy şəhərləri Tıqray üsyançılarının nəzarət etdiyi Amhara əyalətində yerləşir.

Son bir həftə ərzində federal qüvvələr Tıqray üsyançılarını Amhara və Afar əyalətinin 20-dən çox şəhərindən qovub.

İstinadlar Report