Efiopiyanın federal qüvvələri Tigray əyalətindəki hədəflərə ikinci hava zərbəsi endirib.

Bu barədə “Reuters” məlumat yayıb.

Belə ki, Efiopiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Tiqrayın Mekele şəhərindən 80 km qərbdə yerləşən Agiba kəndindəki hədəfləri vurub.

Hücumun hədəfi hərbi təlim müəssisəsi və silah anbarı olub. Zərərçəkənlər və maddi ziyan haqqında məlumat hələ verilmir.

Bundan əvvəl günün birinci yarısı Mekele şəhəri hava zərbələrinə məruz qalıb. Zərbələr nəticəsində qadın və uşaqlar da daxil olmaqla, 9 nəfərin yaralandığını bildirilir.

Qeyd edək ki, oktyabrın 10-da Efiopiya silahlı qüvvələri ölkənin şimalındakı Amhara əyalətində Tiqray Xalq Qurtuluş Cəbhəsinin üsyançı birləşmələrinə qarşı irimiqyaslı əməliyyatlara başlayıb.

İstinadlar Report