“Oktyabr ayında bu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yeni qəbul olunan əcnəbi tələbələrin siyahısı dəqiqləşdiriləcək. Hansı ölkələr üçün sərhədlər açıq deyilsə, hökumətə onlara köməklik olunması ilə bağlı müraciət olunacaq”.

Bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib. 

O qeyd edib ki, hazırda ölkəmiz 42 ölkəyə açıqdır. Həmin ölkələrin vətəndaşları Operativ Qərargahdan icazə almadan pasportunu göstərməklə ölkəyə gələ bilər. 

T.Əhmədov əlavə edib ki, ötən ilin statistikasına əsasən, Azərbaycanda 89 ölkədən 6600 əcnəbi tələbə təhsil alır. Onların arasında hökumətlərarası təqaüd proqramları ayrılmış tələbələr də var.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo