Türkiyəli aktrisa, aparıcı Ece Erkenin vəkil həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunun qətlə yetirilməsi ilə bağlı təfərrüatlar ortaya çıxıb.

Iddiaya görə, Mahmutyazıcıoğlu sahibi olduğu restoranda oturarkən içəridəki iki nəfər saat 00:30 radələrində tanınmışı masalarına çağırıb. Vəkil kimliyi bəlli olmayan iki nəfərin masasasına doğru gedib. Söhbət zamanı mübahisə düşüb, naməlumlar ona iki dəfə atəş açıb. Daha sonra restoran xaricindən də iki dəfə atəş açılıb və cinayətkar hadisə yerindən uzaqlaşıb. Yeddi dəfə atəş açılan insidentdən sonra Mahmutyazıcıoğlunun bədənindən 4 güllə tapılıb.

Vəkilin sürücüsü də ona yardım etmək istəyib. Ancaq hücum edənlər vəkilin sürücünü də yaralayıb. Xəstəxanaya çatdırılan Mahmutyazıcıoğlu həyatını itirib.

Mahmutyazıcıoğlu hadisədən iki saat əvvəl “Beşiktaş”ın eks-rəhbəri Fikret Ormanla görüşüb. Qeyd edək ki, mərhum vaxtı ilə “Beşiktaş”ın İdarə Heyətinin üzvü olub.

İddiaya görə, hücum edənlərlə vəkil arasında 1 milyon lirəlik mübahisə səbəbindən dava düşüb. “CNN Türk” bildirib ki, hadisəyə səbəb mülk satışı ilə bağlı məsələ olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə ilə əlaqədar 2 nəfər saxlanılıb, 4 nəfərin axtarışları davam etdirilir.

Daha bir maraqlı detal isə ondan ibarətdir ki, dörd il əvvəl insidentin baş verdiyi ərazidə vəkil Kudbettin Kaya naməlum şəxslər tərəfindən qətlə yetirilib.