Ukrayna Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə təbii qaz ehtiyatlarının yaradılması üçün 200 milyon avro məbləğində yardımı nəzərdə tutan saziş imzalayıb.

Bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.

“Ukrayna strateji təbii qaz ehtiyatlarının yaradılması və enerji təhlükəsizliyi üçün “Naftaqaz” QSC-yə dəstək üçün EBRD-dən 200 milyon avro alacaq”, – məlumatda bildirilir.

İstinadlar Report