Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri yanvarın 28-də başa çatıb.

Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisini Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.


İstinadlar Qafqazinfo