
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
İdarədən “Report”a daxil olan təbrikdə deyilir:
“Əziz həmvətənlər, Novruz bayramı münasibətilə sizi təbrik edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı, səadət, bayram ovqatlı sevinc arzu edirik!
Bayram günlərində xalqımızın bir-birinin evinə qonaq gedib təbrik etməsi kimi gözəl adətinin olduğunu nəzərə alıb, bəzi tövsiylərimizi unutmamağınızı xahiş edirik.