Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi ot bağlamaları daşıyan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.

Müraciətdə deyilir:

“Respublikanın yerli və rayonlararası avtomobil yollarında mövcud qanunvericilikdə nəzərdə tutulmuş ölçü parametrlərini aşmaqla, qablaşdırılmamış, xüsusilə tezalışan yük kateqoriyasına aid olan ot bağlamalarından ibarət yüklərin daşınmasına görə ayrı-ayrı sürücülər haqqında çoxsaylı inzibati təsir tədbirlərinin görülməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də belə qayda pozuntularına yol verilməsi halları müşahidə olunur.

İstinadlar Report