Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 17-də respublika əhəmiyyətli avtomobil yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsinin
500 metrədək məhdudlaşacağı ehtimalı var.

Dumanlı hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa, məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərini görməyə çağırır.

İstinadlar Report