DYP-dən sürücülərə müraciət

Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi Qurban bayramı münasibətilə səfərə çıxan sürücülərə müraciət edib.

İdarədən verilən məlumatda bildirilir ki, Baş Dövlət Yol Polisi İdarəsi hər bir yol hərəkəti iştirakçısını Qurban bayramı münasibətilə təbrik edərək səfərə çıxan sürücülərə yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edir: 

“Hörmətli sürücülər!

Yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin. İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət bilinir. Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.

Uzaq məsafələrə səfərlər zamanı yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.

Oxumağa dəyər:   Bakıda "Roboday" festivalı keçirildi - Fotolar

Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirin, təhlükəsizlik kəmərini təkcə özünüz deyil, sərnişinlərin də bağlamasını təmin edin.Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün qiymətləndirin, arxayın olmadığınız, yanlış qərar verməyin.

Aparılan təhlillər göstərir ki, bu qaydalara riayət edilməməsi səbəbindən son günlər ağır nəticəli yol nəqliyyat hadisələri qeydə alınıb.

Yol hərəkəti qaydalarına ciddi əməl etməklə siz həm özünüzün, həm də əzizlərinizin bayram günlərinin xoş keçməsinə şərait yaratmış olursunuz.

Unutmayın ki,əzizləriniz yoluzu gözləyir”.

İstinadlar Qafqazinfo

DYP-dən sürücülərə müraciət

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.

İdarədən verilən açıqlamada qeyd edilir:

“Yol-nəqliyyat hadisəsi nəticəsində, eləcə də texniki nasazlıq səbəbindən avtomobillərdə baş vermiş yanğınlarla bağlı aparılmış təhlillər göstərir ki, hadisələrin ağır fəsadlarının qarşısının alınması üçün həmin anda bu avtomobillərdə odsöndürənlər ya olmayıb, ya da odsödürənlərin yararlılıq müddəti bitdiyindən yanğın vaxtında söndürməyib ki, bu da avtomobildə sıxılıb qalmış insanların həlak olmalarına, ağır xəsarətlər almalarına, ən yaxşı halda isə ayrı-ayrı şəxslərin əmlaklarının tamamilə məhv olması və onlara küllü miqdarda maddi zərər dəyməsi ilə nəticələnib.

Qeyd olunanları, habelə avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, təkərli traktorlarda dərman qutusunun, odsöndürənin, qəza dayanma nişanının olmamasına görə mövcud qanunvericiliklə sürücülərin inzibati məsuliyyət daşımaları nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, istifadələrində olan nəqliyyat vasitələrində tələb edilən ləvazimatların saz vəziyyətdə olmasını təmin etsinlər, odsödürənlərin yararlılıq müddətini daima nəzarətdə saxlasınlar”.

Oxumağa dəyər:   ABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcək

İstinadlar Qafqazinfo