“Təəssüflər olsun ki, cəmiyyətdə haqlı narazılıq doğurduğu üçün ictimai qınaq obyektinə çevrilməsinə və bu səbəbdən DYP tərəfindən dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də lüzumsuz yazılar və fotolarla avtomobillərinin şüşələrini və ya banını yazı lövhəsinə çevirən sürücülərə rast gəlinir.”

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin paylaşdığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, sürücülər aldığı mükafatların fotoşəkillərini və ya özlərinə aid məlumatları avtomobillərdə nümayiş etdirməklə müəyyən imtiyaza malik olacaqlarını düşünür və ciddi qayda pozuntularına yol verirlər:

İstinadlar Report