Bu günədək Şərqi Zəngəzur İqtisadi rayonunda 11 müəssisə qeydiyyata alınıb ki, bunun da 10-u rezident, 1-i isə qeyri-rezidentdir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazı Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov deyib.
Onun sözlərinə görə, layihələrin ümumi investisiya dəyəri 68 milyon manat təşkil edir:
“Burda 708 şəxs işlə təmin ediləcək. Hazırda 1 müəssisə fəaliyyət göstərir. Bu il isə daha 2 müəssisənin fəaliyyətə başlayacağı gözlənilir. Şərqi Zəngəzur İqtisadi rayonunda fəaliyyət göstərmək üçün daha 9 müraciət daxil olub ki, bu müraciətlər də bilavasitə rezident statusu almaq üçündür”.