AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər və yaralılar var
  • Almaniya Livandakı hərbçilərinin qalma müddətini uzadıb
  • Rusiyada təyyarə qəzası baş verdi
  • Meksikada inflyasiya son 21 ilin ən yüksək səviyyəsinə çatıb
  • ATOR: “Rusiyada bu yay demək olar ki, heç bir xarici turist olmayacaq”
  • Avropa qaz anbarlarını noyabr ayına qədər 80% doldurmaq istəyir
  • ABŞ Ali Məhkəməsi evdən kənarda silah gəzdirməyə icazə verib
  • ABŞ Finlandiya və İsveçin NATO-ya nə vaxt qəbul ediləcəyini bilmir
  • Bakıda 26 yaşlı gənci avtomobil vurub
  • Avropa İttifaqı Rusiya qazının əvəzedicisini tapıb
  • ATOR: “Rusiyada bu yay demək olar ki, heç bir xarici turist olmayacaq”
  • Avropa qaz anbarlarını noyabr ayına qədər 80% doldurmaq istəyir
  • Avropa İttifaqı Rusiya qazının əvəzedicisini tapıb
  • ABŞ Federal Ehtiyatlar Sistemi: “Neft və məhsulların qiymətləri nəzarətdən çıxıb”
  • The Hill: “Baydenin Ukraynadakı strateji rüsvayçılığı Əfqanıstandakından daha pis olacaq”
  • Ukrayna Rusiyanı Avropa Məhkəməsinə verib
  • Sarkisyanın oğlu Rusiyada “McDonald’s”ı almaq istəyib
  • Gürcüstan Prezidentindən Aİ-nin qərarına – Reaksiya
  • Ukrayna və Moldova prezidentləri Avropa İttifaqının qərarını tarixi adlandırıblar
  • Ukrayna və Moldovaya Aİ-yə namizəd statusu verilib
  • FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə çatıb
  • “Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir” – Rusiya XİN
  • ABŞ-ın nüfuzlu nəşrində İkinci Qarabağ müharibəsi qaziləri barədə məqalə dərc olundu
  • Baş Qərargah rəisi Moskvaya getdi
  • “Eşitmişik, Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır” – Lavrov
  • Lavrov kommunikasiyaların açılmasındakı irəliləyişdən danışdı
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO
17/05/2022 11:10
“Netflix” Bakıda film çəkdi, qəhrəmanların biri azərbaycanlıdır – Video
23/06/2022 15:14
Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO
23/06/2022 11:43
Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO
23/06/2022 11:40
Qaradağda 5 hektar qamışlıq yandı – Video
23/06/2022 10:11
Xivədə Prezidentin marağına səbəb olan papaq… – Video
23/06/2022 01:23
Media reyestr sistemi layihəsi Nazirlər Kabinetinə təqdim edildi – Video
22/06/2022 21:59
Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki təlim başa çatıb – VİDEO
22/06/2022 17:59
Özünü damdan atmaq istəyərkən xilas edildi – VİDEO
22/06/2022 11:08
Bakıda məşhur restoranın hasarı bu görüntüyə görə söküldü – Video
20/06/2022 15:35
Bakıda qəbiristanlığı qazıb 16 kq narkotik gizlətdilər – Video
20/06/2022 14:47
Zakir Həsənov Kəlbəcər və Laçında – Video
19/06/2022 10:44
Azərbaycan qırıcıları təlimlərdə iştirak etmək üçün Türkiyədədir – VİDEO
18/06/2022 23:41
Bayden velosipeddən yıxıldı – Video
18/06/2022 19:08
Ötən sutka intihara cəhd edən 3 nəfər xilas olunub – VİDEO
18/06/2022 11:04
Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə səfər edib – VİDEO
18/06/2022 10:39
Azərbaycan Ordusunun tank bölmələrinin hazırlığı davam edir – VİDEO
14/06/2022 10:29

Video xəbərlər

  • Bakıda məktəb binasındakı yanğın söndürüldü – Video+Fotolar+
  • 32 narkotacir tutulub – DİN – VİDEO
  • Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar – VİDEO
  • Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur – Video
  • Gəncədə sənədsiz avtoservis məntəqəsinin tikintisinin qarşısı alınıb – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

29/06/2022
05:26 Hindistan özünün tank əleyhinə raketini sınaqdan keçirib
04:53 ABŞ Kabilə dondurulmuş vəsaitlərinin bir hissəsini istifadə etməyə icazə verir
04:11 Almaniya XİN rəhbəri Ukraynadakı münaqişənin bitməsinin dəqiq tarixini deyə bilməyib
03:50 Finlandiya prezidenti: “Rusiya ilə münasibətləri bərpa etmək üçün onilliklər lazım olacaq”
03:20 Rəhmon və Putin Əfqanıstanla sərhədin mühafizəsi ilə bağlı müzakirələr aparıb
02:53 Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var
02:14 Bayden İsveç, Finlandiya və Türkiyəni təbrik edib
02:01 Qripə qarşı peyvənd olunan insanların bu xəstəliyə tutulma riski daha azdır
01:59 “Qış parkı”nın yaxınlığında yanğın baş verib
01:44 Bakıda gənc oğlanı avtomobil vurub, vəziyyəti ağırdır
01:11 Zelenski Rusiyanı BMT Təhlükəsizlik Şurasındakı səlahiyyətlərdən məhrum etməyə çağırıb
00:41 Naftalanda avtomobil aşıb, ana və övladı xəsarət alıb
00:26 ABŞ və İspaniya qanunsuz miqrasiya məsələsində əməkdaşlıq edəcək
00:11 Heydər Əliyev Mərkəzində “Rezanın daxili Odisseyası” adlı fotosərgi açıldı – Fotolar
00:08 Conson Finlandiya, İsveç və Türkiyə arasında NATO-ya üzvlüklə bağlı razılaşmanı alqışlayıb
28/06/2022
23:59 Bakıda ana və övladı yol qəzasında xəsarət alıblar
23:50 İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq
23:14 İsveç terrorla mübarizə qanununu sərtləşdirəcək, terrorçuları Türkiyəyə verəcək
23:11 Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verdi – Şərtlər
22:20 Bolqarıstan Rusiya diplomatik missiyasının işçilərinin yarısını ölkədən çıxaracaq
22:14 Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi
21:56 Cəlilabadda 30 yaşlı şəxs intihar edib 
21:50 “Bakı və İrəvan bəzi məsələlərdə mövqelərini yaxınlaşdırıb” – Paşinyanın müavini
21:32 Lənkəranskiyə görə üzr istəməyə məcbur edildi
21:20 Göyçay sakini kanalda çimərkən boğuldu
21:05 Komitə sədri: “Azərbaycan dağılmış şəhərlərin bərpasında nəzərəçarpacaq nəticələr əldə edib”
20:53 Dövlət Komitəsinin sədri: “Mina çirklənməsi şəhərlərin bərpasına ciddi maneədir”
20:47 Anar Quliyev: “Bu il Ağdamda Milli Şəhər Forumunun keçirilməsi ilə bağlı müzakirələr son mərhələdədir”
20:32 Sabah Türkiyə ilə İsveç arasında siyasi məsləhətləşmələr keçiriləcək
20:17 Ümumdünya Şəhər Forumu çərçivəsində nazirlərin dəyirmi masası keçirilib
19:59 İmkansızlıqdan təhsil ala bilməyən tələbənin təhsil xərcləri ödənildi – Foto+
19:50 Finlandiya Ukraynaya 70 milyon avro ayıracaq
19:41 “Mərkəzi Nəbatat Bağı”nın nizamnaməsi və strukturu təsdiqləndi
19:29 Cırtdanboylulara əmək pensiyası təyin edilməsi qaydası dəyişir
19:12 Bakıda məktəb binasındakı yanğın söndürüldü – Video+Fotolar+
19:08 Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgünlə görüşüb
19:02 Stoltenberq: “Rusiya neft-qazından üz döndərmək Çindən yeni asılılıq yaratmamalıdır”
18:59 Tovuzda baş həkimin evi yandı – Fotolar
18:53 “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib
18:52 Küləkli hava nə vaxta kimi davam edəcək?
18:50 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
18:44 Elman Rüstəmov Prezidentin fəxri diplomu ilə təltif edildi
18:41 Prokurorluq işçisi vəfat etdikdə ailə üzvlərinə şərti əmək pensiyası veriləcək
18:38 Prezidentin təltif etdiyi hərbçilərə ali hərbi rütbələr təqdim edilib
18:38 Əli Əsədovun gürcü həmkarı ilə telefon danışığı oldu
18:35 Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:29 Xalidə Kəngərlinin intiharı ilə bağlı cinayət işi açıldı
18:28 Azərbaycanın məqsədi məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır
18:26 Hansı halda pensiya əvəzinə müavinət təyin ediləcək?
18:22 Ümumdünya Şəhər Forumunun xüsusi sessiyasında postmüharibə dövründə bərpa məsələləri müzakirə edilib
18:20 Zərərli və ağır işlərdə çalışanların pensiyaya çıxma şərtləri yüngülləşdirilir
18:14 Bu gün neçə vaksin vurulub?
18:13 Rusiya Prezidenti Tacikistanda səfərdədir
18:11 Hərbçilərə yaşa görə əmək pensiyası təyin edilməsi qaydasına dəyişiklik edilib
18:10 Son sutkada COVID-19-dan ölən olmayıb
18:08 Bu xəstəlikləri olanlar pensiya alacaq
18:05 Azərbaycan İtaliya şirkəti ilə energetika sahəsində əməkdaşlığı müzakirə edib
17:56 Bu şəhər 2023-cü ildə İslam ölkələrinin turizm paytaxtı seçildi
17:53 Prezidentdən Alla Vəzirova ilə bağlı – Sərəncam
17:44 Fransa Ukraynaya yeni zirehli transportyorlar göndərəcək

Əvvəlki xəbərlər

Facebook-da izləyin

“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO

Multimedia 17/05/2022 11:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı Türkiyədə ixtisaslaşmış allerqoloq dr. Gülnar Quliyevadır. Müsahibimiz allergik xəstəliklərdən biri – bronxial astma haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Arayış: Peşəkar allerqoloq Gülnar Quliyeva 2008-ci ildən həkim kimi fəaliyyət göstərir. 2018-ci ildə Türkiyə Respublikasının Ankara Universitetində allergiya və immunologiya, eləcə də ağciyər xəstəlikləri bölməsində ixtisaslaşma kursu keçib. Allergiya və ağciyər xəstəlikləri ilə bağlı bir çox yerli və beynəlxalq konfranslarda iştirak edib. O, Avropa Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin (EAACİ) üzvüdür. Allerqoloq Gülnar Quliyeva uşaqlarda və böyüklərdə allergik rinit, bronxial astma, dərman-qida-böcək allergiyası, kəskin və xroniki övrə xəstəliyi, atopik dermatit və ixtisası üzrə digər xəstəlikləri beynəlxalq protokollar əsasında peşəkarlıqla müalicə edir. Həmçinin dəri testi ilə allergiyanın 15 dəqiqəyə təyini və tənəffüs testi (spirometriya) kimi prosedurları da icra edir.

– Bronxial astma nədir və hansı səbəblərdən yaranır?

– Bronxial astma genetik yolla nəsildən-nəsilə ötürülən və müxtəlif xarici faktorların təsiri altında ortaya çıxan xroniki, allergik xəstəlikdir.  

– Hansı yaş qruplarında daha sıx rast gəlinir?

– Bu xəstəliyin yaşı yoxdur. Bronxial astma istənilən yaşda üzə çıxa bilər. Lakin böyüklərə nisbətən uşaqlarda iki dəfə daha çox rast gəlinir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də allergik xəstəliklər sürətlə artmaqdadır. Bu insanların həyat tərzinin dəyişməsi, “fast food” qidalarının artması, hava çirkliliyi kimi genlərə təsir edən halların çoxalması ilə bağlıdır. Astmanın üzə çıxmasında xarici faktorların mühüm rolu var.

– Bunlar hansı faktorlardır?

– Bura erkən uşaqlıq dövründə ardıcıl keçirilən infeksiyalar, antibiotik və ağrıkəsici dərmanların uzunmüddətli qəbulu, stres faktoru, hava çirkliliyi, siqaret də daxil olmaqla digər zərərli vərdişlər, hərəkətsizlik, piylənmə, kimyəvi məhsulların həyatımıza çox daxil olması kimi səbəblər daxildir.

– Yəni genetikasında bu xəstəlik olmayan şəxsdə heç vaxt bronxial astma yarana bilməz?

– Astma xəstəliyi irsi meyilliyi olan insanlarda daha çox rast gəlinir. Valideynlərdən biri allergikdirsə, üç uşaqdan birində, hər iki valideyndə allergiya varsa, üç uşaqdan ikisində yarana bilər. Daha çox genetika ilə bağlı olduğundan genetik xəstəlik sayılır. Lakin bu o demək deyil ki, genetikasında bronxial astma olmayan şəxsdə bu xəstəlik heç vaxt yarana bilməz. Digər insanlarda da xarici faktorların təsiri ilə üzə çıxması mümkündür. Məsələn, tənəffüs yollarının kimyəvi maddə və tozlara, buxarlara məruz qalması, siqaret çəkmək, keçirilən infeksiyalar tənəffüs yollarının ifrat  həssaslığına və nəticədə astma xəstəliyinin yaranmasına səbəb ola bilər.

Oxumağa dəyər:   Qanunsuz yükdaşıma ilə məşğul olanlara qarşı profilaktik tədbir keçirilib

– Öskürək müxtəlif səbəblərdən yarana bilər. Astma öskürəyinin hansı fərqi var?

– Bronxial astmanın əsas əlamətlərindən biri öskürəkdir. Bəzi pasiyentlərdə əsas simptom boğulma, astma tutması deyil, sırf öskürəkdir. Buna öskürək variantlı bronxial astma deyirik. Bəzən xəstə aylarla öskürəkdən əziyyət çəkir, amma astma olduğunu bilmir. Uzun müddət antibiotik, bitki tərkibli çaylar içir, lakin öskürəyi allergik mənşəli olduğundan nəticə vermir. Bizə qalaq-qalaq reseptlərlə müraciət edən pasiyentlər olur. Aldıqları müalicə yanlış olduğundan illərlə sağala bilməyiblər.

– Astma öskürəyinin hansı əlamətləri olur?

– Astma öskürəyi quru öskürəkdir. Ya bəlğəm olmur, ya da öskürək tutmasının sonunda xəstə qatı, yapışqan şəkilli bəlğəm ifraz edir. Öskürək daha çox gecə saatlarında və ya səhərə yaxın yaranır, xəstəni yuxudan oyadır. Parfüm, sprey, tozun təsiri ilə daha da şiddətlənir. Astmalı insanlar qrip, zökəm, soyuqdəyməni daha ağır keçirirlər. Çünki tənəffüs yollarında onsuz da allergiyadan yaranmış bir iltihab var. Virusa yoluxduğunuz zaman iki qat zədələnmə baş verir. Odur ki, sağalma müddəti uzun çəkir. Astma öskürəyinin bir xüsusiyyəti də fiziki aktivlik zamanı ağırlaşmasıdır. Məsələn, pilləkənləri çıxanda, qaçanda, güləndə, ağlayanda öskürək daha da kəskinləşir. Çünki sakit vaxtlarımızda nəfəs aldığımız zaman hava rütubətlənərək burun yollarından ağciyərimizə keçir. Ancaq fiziki aktivlik zamanı tez-tez nəfəs almalı oluruq. Bu halda tənəffüs yolları quruyur və əgər allergik fon da varsa, öskürək şiddətlənir. Unutmayaq ki, astmanı yalnız və yalnız allergiya əleyhinə dərmanlarla sağaltmaq olur. Digər dərmanların, o cümlədən antibiotiklərin, öskürək əleyhinə dərmanların, bəlğəmgətirici, bitki tərkibli siropların heç bir effekti olmur, əksinə, xəstəliyi daha da ağırlaşdırır.

Oxumağa dəyər:   Çavuşoğlu Türkiyənin Rusiyadan Ukrayna taxılını alması iddialarına cavab verib

– Bəzən valideynlər övladının astma olduğunu bilmir, özbaşına aptekdən öskürək əleyhinə dərmanlar alırlar. Bunun hansı fəsadları var?

– Heç bir effekti olmur, əksinə, xəstəliyi daha da ağırlaşdırır. Astma xəstəliyi zamanı immun sistemi hava ilə tənəffüs yollarına daxil olan ev tozu, kif göbələyi, bitki tozcuqları və s. maddələrə qarşı savaş açır və nəticədə bronxların selikli qışası allergiyadan iltihablanır, ödəm yaranır. Beləcə tənəffüs yolları daralır. Bu cür xəstələr həkim göstərişi olmadan bəlğəmgətirici, bitki tərkibli dərmanlar qəbul etdikdə bəlğəm ifrazı artır. Təsəvvür edin, dar bronx və bol bəlğəm. Bu vəziyyəti daha da ağırlaşdırır. Hətta bəzən boğulma və astma tutmasına da səbəb olur. Odur ki, əgər uşaqda 8 həftədən çox davam edən öskürək varsa, qrip, soyuqdəymə zamanı sinədə xırıltı, xışıltı yaranırsa, hərəkət edəndə öskürəyi artır və tez yorulursa, allerqoloqa müraciət etmək lazımdır. Adətən, belə pasiyentlərimizdə yanaşı allergik rinit xəstəliyinə xas əlamətlər də olur. Məsələn, burunla tənəffüsün pozulması, xüsusilə səhər oyandıqda asqırma, burundan selik ifrazı, burunda, gözdə qaşınma və s.

– Bronxial astmanın müalicəsi haqqında məlumat verərdiniz.

– Astma düzgün müalicə ilə çox asanlıqla nəzarət altına alınan xəstəlikdir. Yəni müasir dərmanların köməyi ilə bronxial astma olan bir xəstə tam sağlam insan kimi yaşaya bilər. Ağırlaşmış vəziyyətdə müraciət etmiş, bu gün isə tam sağlam halda həyatına davam edən çoxsaylı pasiyentlərim var. Nə öskürürlər, nə də təngnəfəslik və boğulma baş verir.

– Yəni astma tam sağalır… Bəs sağalmış şəxsdə yenidən təkrarlana bilərmi?

– Təəssüf ki, bəli. Bu, allergiyaya bağlı xəstəlikdir, allergiya isə orqanizmin genetik xüsusiyyətidir. Hələ ki müasir tibbdə allergiyanı genetik səviyyədə aradan qaldırmaq mümkün deyil. Odur ki, astmanın birdəfəlik, bir kursluq müalicəsi yoxdur. Bu xəstəliyin kəskinləşmə və remissiya, yəni sakitləşmə dövrü var. Biz beynəlxalq protokollar, düzgün müalicə ilə pasiyenti sağalda, uzunmüddətli remissiya əldə edə bilirik. Lakin əgər həyat tərzinə diqqət etməz, allergik təsirlərə uzun müddət məruz qalarsa, yenidən astma aktivləşə bilər. Əksinə, həkimin tövsiyələrinə əməl edərsə, bu xəstəlik təkrarlanmaya bilər. Hazırda etdiyim müalicə ilə astmadan sağalmış və 10-12 ildir heç bir şikayəti olmadan yaşayan pasiyentlərim var.

Oxumağa dəyər:   Türkiyə və İsrail XİN başçıları arasında görüş olub

– Uşaqlarda sağalma prosesi fərqlidirmi?

– Bəli. Böyüklərə nisbətən azyaşlılarda daha çox effekt almaq olur. Məsələn, astmalı uşaqlar düzgün müalicə olunarsa, 90 faizi yetkinlik yaşına qədər sağala bilər.

– Astmadan sağalmış insan bu xəstəliyin təkrarlanmaması üçün nəyə diqqət etməlidir?

– Sağlam həyat tərzinə diqqət etməli, bədən çəkisinin normada olmasına çalışmalı, stresdən uzaqda durmalı, siqaret çəkməməli, hər hansı yanaşı xəstəliyi varsa, həmin xəstəliyə görə müalicə almalı, özünü allergen maddələrdən qorumalıdır. Çünki stres, təşviş və sinir sisteminin pozulması kimi hallar astmanın yenidən yaranmasına səbəb ola bilər. Əgər kimsə peşəsi ilə bağlı kimyəvi məhlullara məruz qalır, yaxud da tozlu bir məkanda çalışırsa, qoruyucu maskalardan istifadə etməli, otağın havasını tez-tez dəyişməli, özünü maksimum qorumağa çalışmalıdır. Yüngül bronxial astmalı xəstələr altı, orta ağırlıqlı olanlar üç aydan bir həkim müayinəsindən keçməlidir. Ağır astma xəstələri isə ayda bir dəfə qəbulumuzda olmalıdır. Xəstəliyin dərəcəsinə uyğun dərman növü və doza təyin edirik. Pasiyent həkim nəzarətində olmalıdır ki, doğru müalicə taktikasını seçək. Çünki yalnız düzgün müalicə və nizamlı həkim nəzarəti ilə bronxial astma xəstələri sağala bilir.

Qeyd: Dr. Gülnar Quliyeva peşəkar allerqoloq, astma və allergiya həkimi, ixtisası üzrə yüksək dərəcəli mütəxəssisdir. Maraqlananlar həkimlə 055-609-25-59 mobil nömrəsi vasitəsilə və “allerqoloq.gulnar.quliyeva” instaqram hesabı ilə əlaqə saxlaya bilərlər.










İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Netflix” Bakıda film çəkdi, qəhrəmanların biri azərbaycanlıdır – Video

Multimedia 23/06/2022 15:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Netflix” Azərbaycanın paytaxtında film çəkib.

Bu barədə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov feysbukda bildirib.

Onun sözlərinə görə, “Neftlix”lə əməkdaşlıq çərçivəsində Bakıda Russo qardaşlarının “The Gray Man” (Boz insan-red.) filminin çəkilişləri baş tutub. Ekran işində baş rolları Hollivud superulduzları Rayan Qoslinq və Kris Evans canlandırıblar.  

R. Həsənov qeyd edir ki, film qəhrəmanlarından biri azərbaycanlıdır, lakin süjetin təfərrüatını açıqlamır. Filmin treylerində “Alov qüllələri”ni, hənçinin Praqanın Vitkov parkındakı çəkilmiş səhnələrin birində Azərbaycan bayraqlarını görmək mümkündür.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO

Hadisə 23/06/2022 11:43
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6500 manat pulun oğurlandığını deyib.

Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. Onun oğurluq etrdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Qeyd edək ki, Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də mənzillərdən oğurluqlar etdiyini bildirib.

Oxumağa dəyər:   "Bazarstore" ətin qiymətini ucuzlaşdırır

Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.

“Elman Hüseynzadə əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO

Hadisə 23/06/2022 11:40
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6500 manat pulun oğurlandığını deyib.

Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. Onun oğurluq etrdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Qeyd edək ki, Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də mənzillərdən oğurluqlar etdiyini bildirib.

Oxumağa dəyər:   Rusiya və İran XİN rəhbərləri əməkdaşlığa dair uzunmüddətli müqaviləni müzakirə edib

Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.

“Elman Hüseynzadə əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qaradağda 5 hektar qamışlıq yandı – Video

Multimedia 23/06/2022 10:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yanğın baş verib.

Bununla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının açıq ərazidəki qamışlıq sahədə baş verdiyi və güclü külək səbəbindən hər an yaxınlıqdakı kommunikasiya xətlərinə keçmə riskinin mövcud olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən güclü küləyin yaratdığı maneəyə baxmayaraq görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək bilavasitə yaxınlıqda yerləşən kommunikasiya xətlərinə, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri və neft sənayesi obyektlərinə ziyan vurmasına imkan verilməyib. Yanğın nəticəsində təxminən 5 hektar sahədə qamışlıq yanıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xivədə Prezidentin marağına səbəb olan papaq… – Video

Multimedia 23/06/2022 01:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Xivə şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.

Qəbulda konsert proqramı təqdim olunub, dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.

Söhbət zamanı incəsənət ustalarından birinin papağı Azərbaycan Prezidentinin diqqətini çəkib:

“Bu papaqlardan bizdə də var. Xarəzm şivəsi, ləhcəsi Azərbaycan dilinə çox oxşayır. Biz bu papağa Buxara papaq deyirik”.

 

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Media reyestr sistemi layihəsi Nazirlər Kabinetinə təqdim edildi – Video

Multimedia 22/06/2022 21:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Media haqqında” qanunda Azərbaycanda Media Reyestri yaradılması da öz əksini tapıb.  Jurnalistlərin könüllü əsasla düşəcəyi reyestr sisteminin yaradılması isə Medianın İnkişaf Agentliyinə (MEDİA) həvalə olunub.

MEDİA-nın şöbə müdiri Səidə Şəfiyeva bu istiqamətdə görüləcək işlərlə bağlı danışıb.

O bildirib ki, fərmandan irəli gələrək Nazirlər Kabineti 2022-ci ilin 24 fevral tarixində sərəncam imzalayıb:

“Həmin sərəncamla Medianın İnkişaf Agentliyinə Media Reyestri yaradılması qaydalarının aparılması qaydalarının layihəsini, həm də jurnalist vəsiqəsinin və media reyestri şəhadətnaməsi formasının hazırlanması ilə bağlı tapşırıq verilib.

Müvafiq tapşırıq qurum tərəfindən icra olunub və qeyd olunan layihələr aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib”.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki təlim başa çatıb – VİDEO

Multimedia 22/06/2022 17:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim başa çatıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə tək və taktiki qrup şəklində döyüş tapşırıqları yerinə yetirilib, şərti düşmənin hava və dəniz hədəfləri məhv edilib, sualtı diversiyaya qarşı qumbaraatma fəaliyyəti, eləcə də döyüş atışları icra olunub.

Taktiki təlim zamanı Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə HDQ-nin bölmələri tərəfindən neft-qaz boru kəmərləri rayonlarında patrulaparma fəaliyyətləri, həmçinin qəzaya uğrayan gəminin təxliyyəsi üzrə epizodlar da məşq etdirilib.

Sonda ümumi fəaliyyətlər təhlil edilib, qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd olunub.

Qeyd edək ki, müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki təlimə HDQ-nin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Özünü damdan atmaq istəyərkən xilas edildi – VİDEO

Multimedia 22/06/2022 11:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında ötən sutka 78 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən verilən məlumata görə, təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər, o cümlədən “Mərdəkan” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər və Gəncə şəhərində doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyən 1 nəfər xilas edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda məşhur restoranın hasarı bu görüntüyə görə söküldü – Video

Multimedia 20/06/2022 15:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sosial şəbəkələrdə Bakının Nizami rayonunda yerləşən “Madonna” şadlıq sarayının bilavasitə ərazisində yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin hasara alınmasının görüntüləri yayılıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı həqiqətən də göstərilən ünvanda yerləşən yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin “Madonna” şadlıq sarayı tərəfindən hasarlanaraq sarayın həyətinə daxil edilməsi, bununla da yanğın təhlükəsizliyi sahəsində ciddi qayda pozuntusunun mövcudluğu öz təsdiqini tapıb.

Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən dərhal aidyyəti üzrə məsələ qaldırılaraq hasarın sökülüb təhlükənin aradan qaldırılması təmin olunub.






İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda qəbiristanlığı qazıb 16 kq narkotik gizlətdilər – Video

Multimedia 20/06/2022 14:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov saxlanılıb.

Onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində yerləşən qəbirstanlıqlardan birində torpağın altında gizlətdiyi yerdən ümumi çəkisi 16 kiloqram olan marixuana aşkar olunub.

Qeyd edilən faktla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Mövsüm Aslanov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
 


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zakir Həsənov Kəlbəcər və Laçında – Video

Multimedia 19/06/2022 10:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərdə görülən işlərlə tanış olublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, məruzə olunub ki, azad olunmuş rayonlarda hərbi polisin xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yataqxana və xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də digər infrastruktur obyektlərinin tikilməsi və müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulub.

Sonra general-polkovnik Z.Həsənov tikintisi davam edən maddi-texniki təminat anbarlarına baxış keçirib. Bildirilib ki, iqlim və relyefdən asılı olmayaraq qoşunların fasiləsiz və dayanıqlı fəaliyyətini təşkil etmək məqsədilə müasir tələblər nəzərə alınaraq inşa edilən anbarlar vasitəsilə bölmələr silah-sursat, yanacaq-sürtkü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla mərkəzləşdirilmiş qaydada təmin ediləcək.

Tikinti işlərinin gedişatını yoxlayan müdafiə naziri təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Oxumağa dəyər:   "Bazarstore" ətin qiymətini ucuzlaşdırır

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan qırıcıları təlimlərdə iştirak etmək üçün Türkiyədədir – VİDEO

Multimedia 18/06/2022 23:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcıları müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə təşkil olunan “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə gəlib.

Təlimə hazırlıqla bağlı yoxlama uçuşları keçirilib.

Məlumata görə, təlimdə Azərbaycanı Su-25 və MiQ-29 qırıcı təyyarələri təmsil edəcək.

Bildirilib ki, təlimdə Türkiyə və Azərbaycan hərbçiləri ilə yanaşı Böyük Britaniya, İordaniya və Pakistanın hərbi qulluqçuları iştirak edəcək.

Təlimlərin əsas məqsədi, xilasetmə və havadan yardım hərakatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, hərbi təlimlər iyunun 20-dən iyulun 1-dək davam edəcək.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bayden velosipeddən yıxıldı – Video

Multimedia 18/06/2022 19:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

ABŞ Prezidenti Co Bayden həyat yoldaşı Cill ilə evliliklərinin 45-ci ildönümünü qeyd etmək üçün getdiyi Delaver ştatının Rehobot Bitç şəhərindəki evinin yaxınlığında velosiped sürərkən yıxılıb.

Bu barədə “DailyMail” məlumat yayıb.

Onu lentə alan jurnalistlərə çatarkən yıxılan Bayden “Mən yaxşıyam” deyib. 

Yıxıldıqdan təxminən 10-15 dəqiqə sonra Bayden yenidən velosipedinə minərək yoluna davam edib. 

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən sutka intihara cəhd edən 3 nəfər xilas olunub – VİDEO

Multimedia 18/06/2022 11:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 78 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma, 3 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 11 nəfər, o cümlədən intihara cəhd edən 3 nəfər və Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində “ГАЗ” markalı yük avtomobilinin dərəyə aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, yanğınlar zamanı 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər yanıq xəsarəti alıb.

Həmçinin Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə səfər edib – VİDEO

Multimedia 18/06/2022 10:39
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Sonra general-polkovnik Z.Həsənov müşahidə məntəqələrində olarkən qarşı tərəfin fəaliyyətini izləyib, optik müşahidə cihazları və texniki vasitələrin imkanlarını sınayıb.
Yerləşmə məntəqələrində yaradılan şəraitlə tanış olan nazirə məruzə edilib ki, burada döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımi infrastruktur yaradılıb.

Sonda müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi və dayanıqlı müdafiənin təmin edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan Ordusunun tank bölmələrinin hazırlığı davam edir – VİDEO

Multimedia 14/06/2022 10:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrində sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması vərdişlərini daha da təkmilləşdirib.

Atəş hazırlığı üzrə çalışmalarda hədəflərin məhv edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 23/06/2022 15:14

“Netflix” Bakıda film çəkdi, qəhrəmanların biri azərbaycanlıdır – Video

Read more
Hadisə 23/06/2022 11:43

Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO

Read more
Hadisə 23/06/2022 11:40

Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO

Read more
Multimedia 23/06/2022 10:11

Qaradağda 5 hektar qamışlıq yandı – Video

Read more
Multimedia 23/06/2022 01:23

Xivədə Prezidentin marağına səbəb olan papaq… – Video

Read more
Multimedia 22/06/2022 21:59

Media reyestr sistemi layihəsi Nazirlər Kabinetinə təqdim edildi – Video

Read more
Multimedia 22/06/2022 17:59

Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki təlim başa çatıb – VİDEO

Read more
Multimedia 22/06/2022 11:08

Özünü damdan atmaq istəyərkən xilas edildi – VİDEO

Read more
Multimedia 20/06/2022 15:35

Bakıda məşhur restoranın hasarı bu görüntüyə görə söküldü – Video

Read more
Multimedia 20/06/2022 14:47

Bakıda qəbiristanlığı qazıb 16 kq narkotik gizlətdilər – Video

Read more
Multimedia 19/06/2022 10:44

Zakir Həsənov Kəlbəcər və Laçında – Video

Read more
Multimedia 18/06/2022 23:41

Azərbaycan qırıcıları təlimlərdə iştirak etmək üçün Türkiyədədir – VİDEO

Read more
Multimedia 18/06/2022 19:08

Bayden velosipeddən yıxıldı – Video

Read more
Multimedia 18/06/2022 11:04

Ötən sutka intihara cəhd edən 3 nəfər xilas olunub – VİDEO

Read more
Multimedia 18/06/2022 10:39

Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə səfər edib – VİDEO

Read more
Multimedia 14/06/2022 10:29

Azərbaycan Ordusunun tank bölmələrinin hazırlığı davam edir – VİDEO

Read more
Xəbər 13/06/2022 10:59

Azərbaycan Ordusunun snayperlərinin təlimi başlayıb

Read more
Multimedia 12/06/2022 11:47

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 09/06/2022 17:24

Azərbaycan Ordusunda döyüş atışlı intensiv taktiki təlimlər başlayıb – VİDEO

Read more
Multimedia 08/06/2022 20:20

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb – VİDEO

Read more
Multimedia 07/06/2022 18:19

Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün layihə təşkil olundu – Fotolar + Video

Read more
Xəbər 07/06/2022 13:23

Raket və artilleriya bölmələrimiz döyüş atışlı taktiki təlim keçirir

Read more
Multimedia 07/06/2022 10:52

Ötən sutka 6 nəfər xilas edilib – Video

Read more
Multimedia 05/06/2022 13:59

Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb – VİDEO

Read more
Multimedia 03/06/2022 16:42

Azərbaycan Ordusunun topoqraflarının döyüş hazırlığı yoxlanılıb – VİDEO

Read more
Multimedia 03/06/2022 13:30

Sumqayıtda top mərmisi aşkarlandı – Video

Read more
Multimedia 02/06/2022 17:18

Sosial şəbəkələrdə narkokuryerliyə cəlb edilən 39 nəfər tutulub – Video

Read more
Multimedia 02/06/2022 11:08

Azərbaycan Ordusunda “Komando hazırlığı” kursu başa çatıb – VİDEO

Read more
Multimedia 01/06/2022 19:16

Daha 53 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olundu – Video

Read more
Multimedia 31/05/2022 12:22

Azneft dairəsi 8 gün bağlı olacaq – VİDEO

Read more
Multimedia 31/05/2022 11:34

Bayram günlərində 3 meyit aşkarlanıb – VİDEO

Read more
Multimedia 31/05/2022 11:07

“Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv…” – Dr. Samir Şükürov – VİDEO

Read more
Multimedia 31/05/2022 09:18

Körpüdən çaya yıxılan kişi belə xilas edildi – Video

Read more
Multimedia 30/05/2022 16:17

“Niyə keçmiş əsir indi də özünü əsir kimi aparsın?” – Video

Read more
Multimedia 29/05/2022 14:14

Braziliyada daşqın və torpaq sürüşmələri onlarla insanın ölümünə səbəb olub – VİDEO

Read more
Multimedia 28/05/2022 20:04

Festivaldan xoş görüntülər – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla