“Hadrut, Qubadlı əməliyyatları davam edir. Qoşunlarımız Xocavənd, Laçın, Qubadlı istiqamətində düşmənə ağır zərbələr endirib”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Anar Eyvazov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, düşmənin xeyli sayda canlı qüvvəsi, həmçinin hərbi texnikaları məhv edilib:

“3 ədəd tank, 6 artirelliya qurğusu, 1 qrad, 9 avtomobil texnikası sıradan çıxarılıb. Düşmənə hava və qurudan ağır zərbələr endirilib”.