Noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025″in nəticələri elan ediləcək.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-in birgə təşkilatçılığı ilə yaşıl zonada keçiriləcək.

Sözügedən tədbir çərçivəsində dünyanın qabaqcıl universitetlərinin nümayəndələrinin iştirakı ilə “Ali təhsildə dayanıqlılıq: davamlı universiteti idarə etmək üçün nə lazımdır?” mövzusunda panel sessiyası da təşkil olunacaq.

İstinadlar Qafqazinfo