Dünyanın ən yaşlı Baş Naziri Mahtahir Məhəmməd ən gənc Baş Nazir Sanna Marinə tövsiyələr verib.

Azərbaycan 24 xəbər verir ki, Malayziyanın 94 yaşlı lideri Finlandiyanın 34 yaşlı Baş Nazirinə nəsihətini media vasitəsilə göndərib.

O, Sanna Marinə yaşlıların təcrübəsindən bəhrələnməyi məsləhət görüb:

”Bizlər gənc liderlik ideallarına nə qədər önəm versək də, yaşlı liderlərin təcrübəsindən faydalanmağın vacibliyini də unutmamalıyıq. Yalnız bu ikilik vəhdətdə olanda nəticə mükəmməl olur”

Bildirək ki, Sanna Marin bu günlərdə Finlandiyanın Baş naziri seçilib və hazırda dünyada bu postda olan ən gənc liderdir.