“Xiaomi Black Shark 3” oyun smartfonu ən sürətli reaksiyaya malik ekranla təchiz ediləcək.

Məlumata görə, “Twitter” istifadəçisi “Weibo” şəbəkəsində dərc edilən “Black Shark 3” reklam videoçarxına diqqət yetirib. Videoda “Xiaomi” şirkəti tərəfindən “Black Shark 3” smartfonunun sensor ekranının işləmə sürətinin və reaksiya vermə vaxtının rəqib modellərin analoji göstəriciləri ilə müqayisəsi aparılıb. Test xüsusi avadanlıq və “PUBG” oyunu vasitəsilə həyata keçirilib. Videoçarxa görə, “Black Shark 3” smartfonu istifadəçi hərəkətlərinə “iPhone 11 Pro”, “OnePlus 7T Pro”, “Oppo Reno Ace” və “Asus ROG 2” modellərindən daha sürətli reaksiya verir.

Bildirilir ki, “Xiaomi Black Shark 3” ən güclü proqram təminatı ilə təchiz ediləcək: “Snapdragon 865” prosessoru, “LPDDR5” standartlı 16 giqabaytlıq operativ yaddaş və 65 vatlıq sürətli enerji doldurmanı dəstəkləyən 5 min milliamper/saat tutumlu akkumulyator.

Qeyd olunur ki, smartfon, həmçinin 270 giqahers takt tezlikli sensor qatlı ekrana malikdir. Bir barmaqla toxunuş zamanı displeyin reaksiyasının yubanma vaxtı 24 millisaniyə, iki barmaqla isə 28 millisaniyə təşkil edir. Ekranın yenilənmə tezliyi 120 giqahersə bərabərdir.

Oxumağa dəyər:   Koronavirusdan qorunmaq üçün respiratorlar "3D" printerlə çap ediləcək

Məlumat üçün qeyd edək ki, “Black Shark” oyun həvəskarları üçün nəzərdə tutulan və yüksək məhsuldarlığı ilə seçilən “Xiaomi” smartfonlar seriyasıdır. Qurğular seriyasının buraxılışına 2018-ci ildə başlanılıb. Hazırda “Black Shark” ayrıca bölmə kimi fəaliyyət göstərir. Seriyaya aid sonuncu qurğu 2019-cu ilin martında işıq üzü görən “Black Shark 2” smartfonu olub.

“Black Shark 3” smartfonunun təqdimatı martın 3-nə planlaşdırılır.

Nizam Nuriyev

İstinadlar ict news