Nyu-Yorkda aşağı Manhetten rayonunda dünyanın ən bahalı metro stansiyası açılıb.

 

Ümumdünya ticarət mərkəzinin yanında yerləşən stansiyasının tikintisi üçün 4 milyard dollar xərclənib. “Forbes” jurnalının məlumatına görə, bu, dünyada analoji tikililər üçün rekord məbləğdir.

 

Onun tikintisi planlaşdırıldığı kimi 5 yox, 12 il davam edib. Şüşə və betondan hazırlanmış konstruksiyanın damı nəhəng ağ quş qanadlarını xatırladır. Yeni nəqliyyat qovşağının gün ərzində təxminən 250 min sərnişinə xidmət göstərəcəyi bildirilir