Dünyanın ən bahalı brendləri açıqlandı

“Interbrand” kompaniyası dünyanın ən bahalı brendlərinin siyahısını hazırlayıb.

TOP-100-də ilk yerdə “Apple” korporasiyası qərarlaşıb. Belə ki, “Apple” il ərzində 9% faiz bahalaşıb və hazırda 234,2 milyard dollaradır.

İkinci yeri “Google” tutub. Bu brendin qiyməti 167,7 milard dollardır (8% artım). Üçüncü yerin sahibi “Amazon” olub. Ceff Bezosun kompaniyasının qiyməti 24% artaraq, 125,2 milyard dollar olub.  

İlk onluqda, həmçinin, “Microsoft” və “Coca-Cola” brendləri (108,8 və 63,3 milyard dollar), eləcə də “Samsung” (61 milyard), “Toyota” (56,2 milyard), “McDonald’s” (45,3 milyard) və “Disney” (44,3 milyard) yer alıb.

İstinadlar Qafqazinfo

Dünyanın ən bahalı brendləri açıqlandı

Apple yenidən dünyanın ən bahalı brendi seçilib.

Interbrand Corp 2015-ci ilin nəticələrinə dair dünyanın ən bahalı brendlərinin reytinqini sıralayıb.

Apple 100 aparıcı brend arasında dəyərini 5 faiz artıraraq 179,1 milyard dollara yüksəlib. İkinci yerdə qərarlaşan Google bir ilə 11 faiz bahalaşaraq 133,3 milyard dollar olub. Coca-Cola-nın dəyəri isə 7 faiz ucuzlaşaraq 73,1 milyard dollarla 3-cü yerdədir.

İlk onluğa düşən brendlər arasında Microsoft, IBM, Samsung, Amazonla yanaşı, Toyota və Mercedes kimi avtomobil brendləri də var. (Qafqazinfo)