“Brand Finance” nəşri dünyanın 500 ən böyük brendinin dəyəri haqqında məlumatları özündə birləşdirən “Global 500” hesabatının ən son versiyasını dərc edib. Reytinqin lideri artıq üçüncü il ardıcıl olaraq dəyişməsə də, 10 ən bahalı şirkət sırasına yeni “oyunçu” daxil olub.

Bu il reytinqə ilk dəfə “HUAWEI” şirkəti daxil edilib. Analitiklər bu şirkətin dəyərini 62,2 milyard dollar məbləğində qiymətləndiriblər. Brendinin dəyəri 220,7 milyard dollar məbləğində qiymətləndirilən “Amazon” şirkəti reytinqdə birinci yeri tutub.

“Brand Finance” nəşrinin versiyasına görə, dünyada ən bahalı brendlərin onluğu aşağıdakı kimidir:

1. “Amazon” – 220,7 milyard dollar (17,5% artım)

2. “Google” – 159,7 milyard dollar (11,9% artım)

3. “Apple” – 153,6 milyard dollar (8,5% azalma)

4. “Microsoft” – 117,0 milyard dollar (2,1% azalma)

5. “Samsung” – 94,4 milyard dollar (3,5% artım)

6. “ICBC” – 80,7 milyard dollar (1,2% artım)

7. “Facebook” – 79,8 milyard dollar (4,1% azalma)

8. “Walmart” – 77,5 milyard dollar (14,2% artım)

9. “Ping An” – 69,0 milyard dollar (19,8% artım)

İstinadlar ict news