Dünyada son bir gündə koronavirusa 501 mindən çox yoluxma qeydə alınıb.Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 501 930 hal qeydə alınıb, “COVID-19″dan 11 986 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19″a yoluxma hallarının ümumi sayı 102 083 344, ölüm hallarının sayı 2 209 195 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 25 676 612 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 746 183), Braziliya (9 118 513), Rusiya (3 850 439), Böyük Britaniya (3 743 738), Fransa (3 125 351), İspaniya (2 705 001), İtaliya (2 541 783), Türkiyə (2 470 901), Almaniya (2 216 363), Kolumbiya (2 077 633) və Argentina (1 915 362) gəlir.

İstinadlar Qafqazinfo