Dünyada son bir gündə koronavirusa 644 mindən çox yoluxma qeydə alınıb.Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 644 685 hal qeydə alınıb, COVID-19-dan 10 501 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 153 187 889, ölüm hallarının sayı 3 209 109 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 083 656 nəfər virusa yoluxub. Daha sonra Hindistan (20 282 833) və Braziliya (14 754 910) gəlir.

İstinadlar Qafqazinfo