Dünyada son bir gündə koronavirusa 700 mindən çox yoluxma qeydə alınıb.Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 709 865 hal qeydə alınıb, COVID-19-dan 15 407 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 91 816 091, ölüm hallarının sayı 1 986 871 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 22 871 330 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 527 683), Braziliya (8 256 536), Rusiya (3 520 531), Böyük Britaniya (3 260 262), Fransa (2 804 780), İtaliya (2 336 279), İspaniya (2 211 967), Almaniya (2 000 958), Kolumbiya (1 831 980), Argentina (1 757 429) və Meksika (1 571 901) gəlir.

İstinadlar Qafqazinfo