OPEC+ ölkələrində neft hasilatının artması, həmçinin bir sıra regionlarda texniki təmir işlərindən sonra sənayenin əhəmiyyətli dərəcədə bərpası fonunda iyul ayında dünyada neft tədarükü postpandemiya dövrünün maksimumuna çatıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında deyilir.

Məlumata görə, iyul ayında dünyada neft tədarükü gündəlik 100,5 milyon barelə çatıb, bu isə 2020-ci ilin yanvarından sonra ən yüksək göstəricidir.

İstinadlar Report