Dünyada COVID-19-a yoluxma ilə bağlı qeydə alınmış halların sayı 228 milyon 167 min 999 təşkil edib.

Bu barədə ABŞ-ın Cons Xopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, virusun yayılmasının əvvəlindən bu günə kimi COVID-19-dan ölənlərin sayı 4 686 384 nəfərə çatıb.

COVID-19-a 20 milyondan çox yoluxma hallarının çoxu ilə bağlı üçlüyə ABŞ, Hindistan və Braziliya daxildir. ABŞ həm də koronavirus qurbanlarının sayına görə dünyada birincidir.

İstinadlar Report