Cənubi Koreya hökuməti ölkədə “5G” şəbəkələrinin real işləmə sürətini açıqlayan hesabatın dərcindən sonra növbəti nəsil baza stansiyalarının yerləşdirilməsi üzrə planlarını açıqlayıb. Bundan başqa, ölkə rəhbərliyi artıq “6G” şəbəkələrinin istifadəyə verilməsinin ilkin tarixini müəyyənləşdirib.

“Business Korea” nəşri tərəfindən dərc edilmiş informasiyaya əsasən, Cənubi Koreya hökuməti 2026-cı ilədək “6G” şəbəkələrinin istifadəyə verilməsi üzrə pilot layihəyə başlamağı planlaşdırır. Onun kommersiyalaşdırılması 2028-2030-cu illərə planlaşdırılıb. Məhz bu plan Cənubi Koreyanın baş naziri Çunq Se Kyun tərəfindən səsləndirilmiş yeni nəsil telekommunikasiya sahəsində tədqiqat və işləmələrin irəliləyişi üzrə hökumət strategiyasına daxildir.

2021-ci ildən etibarən Cənubi Koreya 5 il ərzində altıncı nəsil şəbəkələrinin qurulmasına təxminən 169 milyon dollar sərmayə yatırmağı planlaşdırır. Hesablamalara görə, “6G” şəbəkələri məlumatların ötürülmə sürətinə görə “5G”-nin imkanlarını 50 dəfə üstələyəcək: 1 saniyə ərzində 1 TB məlumat ötürmək mümkün olacaq.

İstinadlar ict news