Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 4 329 927 nəfər artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Son 7 gündə ölənlərin sayı isə 70 476 nəfər artıb.

Həftəlik yoluxma üzrə daha əvvəlki antirekord 16-22 noyabr tarixləri aralığında qeydə alınmışdı (4 060 891).

Qeyd edək ki, dünyada ümumilikdə 73 milyondan çox insan koronavirusa yoluxub, 1,6 milyondan çox insan bu virusdan dünyasını dəyişib.

İstinadlar Qafqazinfo