“Strategy Analytics” analitik şirkəti “Əşyalar interneti (IoT)” sahəsində qlobal avadanlıq bazarı üzrə araşdırmasının nəticələrini təqdim edib. 2018-ci ilin sonuna yaxın müvafiq qurğuların sayı 22 milyarda yaxınlaşıb, onların çox hissəsi (50%-dən çox hissəsi) korporativ sektorun payına düşür.

“Əşyalar interneti” bazarında mobil və hesablama qurğularının payı 25%-dən bir qədər çox təşkil edib. Ancaq yaxın illərdə regionlarda “ağıllı” ev sistemlərinin populyarlaşması nəticəsində məişət elektronikası ən sürətlə inkişaf edən seqment olacaq.

2025-ci ilədək “Əşyalar interneti”nə təxminən 38,6 milyard qurğu qoşulacaq. 2030-cu ilədək bu göstərici 50 milyardı ötəcək. Bəzi seqmentlər (məsələn, kompüter avadanlığı kimi) ya zəif artım göstərəcək, ya da azalacaq, halbuki başqa seqmentlər (məsələn, media qurğuları) sabit artım göstərəcək. Daşınan elektronika və internetə qoşulmuş avtomobillər (Connected Car) bazarlarının artım sürəti müsbət olaraq qalacaq, amma başqa seqmentlərlə müqayisədə tədarük həcmi elə yüksək olmayacaq.

Oxumağa dəyər:   İlk dərs günü 9 yaşlı uşağı vurub öldürən sürücü tutuldu

2022-ci ildə “Əşyalar interneti” bazarında qlobal xərclər 1 trilyon dolları ötməlidir.

Emil Hüseynov

İstinadlar ict news