Bu ilin iyununda kibercinayətkarlar spam məktublar vasitəsilə bir çox hallarda qurbanların kompüterindən informasiyanı oğurlamağa və şifrləməyə imkan verən zərərli proqramlar yayıblar.

“Wi-Fi” parollarının oğurlanması və “Outlook” poçt proqramında qeydiyyat məlumatlarının ələ keçirilməsi üçün istifadə olunan “Agent Tesla” troyanı dünyada kibercinayətkarlar arasında populyarlığına görə birinci yeri tutub. “Agent Tesla zərərli proqram təminatı dünyada fəaliyyət göstərən təşkilatların 3%-nə təsir göstərib” – araşdırmada deyilir.

“Phorpiex” botneti və “XMRig” proqramı ikinci yeri tutub. Hər birinin payı 2% təşkil edir. “Phorpiex” botneti zərərverici proqramları yayır, “XMRig” isə “Monero” kriptovalyutasının mayninqində istifadə olunur.

İyunda mobil təhdidlər arasında dünyada ən populyar olan “Necro” troyanı olub zərərli proqram təminatını yükləyir, zəhlətökən reklamı işə salır və ödənişli abunələrə yazılır.

İstinadlar ict news