Çinin “Realme” brendinin naməlum aparatı məhsuldarlığın sintetik məhsuldarlıq testlərində rekord bal toplayıb. “Android Authority” nəşri tərəfindən tapılmış testlərin nəticələrinə görə bu smartfon dünyada ən məhsuldar cihaz hesab edilir.

“AnTuTu” şirkətinin məlumatına görə, “RMX2071” kod adlı “Realme” smartfonu 574 min bal toplayıb. Qurğu “Qualcomm Snapdragon 865” prosessoru və “Adreno 650” qrafik sürətləndiricisi ilə təchiz edilib. Əvvəlki rekord 560 min bal toplamış “Xiaomi Mi 10 Pro” qurğusuna aiddir. Hər iki telefon eyni çiplə təchiz edilib.

Nəşrin məlumatına görə, smartfon 24 fevral tarixində keçiriləcək “Mobile World Congress 2020” sərgisində təqdim ediləcək.

Emil Hüseynov

İstinadlar ict news