Dünyada koronavirusa ən çox yayılma halı Çində qeydə alınıb.

Bu ölkədə 81 min nəfərdən çox insan COVID-19 infeksiyasının daşıyıcısıdır.

Pandemiyanın ən çox yayıldığı ölkələrin siyahısında İtaliya ikinci yerdə qərarlaşıb. Rəsmi məlumata görə, bu ölkədə 53 mindən çox koronavirusa yoluxma təsdiqlənib.

ABŞ COVID-19-un təsdiq edilmiş yoluxma hallarının sayına görə Çin və İtaliyadan sonra dünyada üçüncü yerə çıxıb.

Bu barədə ABŞ-ın federal və yerli hakimiyyətinin statistikasının hesablamasını aparan Cons Hopkins Universiteti bildirib.

Qeyd edilir ki, ölkədə təxminən 25,5 min koronavirusa yoluxma qeydə alınıb, 300-dən insan pandemiyanın qurbanı olub.

Universitetin məlumatlarına görə, ABŞ-da 25 493 yoluxma təsdiqlənib, 307 nəfər ölüb.

Məlumata görə, ABŞ koronavirusun yayılmasına görə yalnız Çindən və İtaliyadan geri qalır. Son həftə ərzində ABŞ-da COVID-19 infeksiyasına yoluxma halları onqat artıb.

Qeyd edək ki, koronavirus Almaniya, İtaliya, Fransa, Cənubi Koreya və digər ölkələrdə də sürətlə yayılır.

İstinadlar Report