Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 66 milyonu ötüb. Bu barədə “worldometers-info”da məlumat verilib.

Belə ki, indiyədək 66 167 726 nəfər koronavirusa yoluxub, 1 523 114 nəfər bu virusdan dünyasını dəyişib, 45 768 275 nəfər sağalıb.

Hazırda dünyada 18 876 337 aktiv koronavirus xəstəsi var ki, onlardan da 106 072-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

İstinadlar Qafqazinfo