“Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası ötən həftə Holokostun inkarını pisləyən qətnamə qəbul edib”.

Bunu İsrailin Azərbaycandakı səfiri Cord Dik Bakıda Holokost qurbanlarının xatirəsinin yad edilməsi ilə bağlı keçirilən tədbirdə deyib.

Səfir vurğulayıb ki, Azərbaycan bu qətnamənin həmmüəlliflərindən biridir və buna görə Azərbaycana minnətdarlığını ifadə edib.

C.Dik, həmçinin qeyd edib ki, dünyada bu qətnaməni qəbul etməyən yeganə ölkə İrandır.