Bu gün dünya əhalisinin 50%-dən çoxu internetdən istifadə edir və əhalinin 96%-i mobil rabitənin əhatə zonasında yaşayır. BMT-nin rəqəmli inkişaf haqqında yeni araşdırmasına görə, hamı internetin üstünlüklərindən istifadə edə bilmir.

“ICTnews” Elektron Xəbər Xidməti “news.Indi dünyada kişilərin 58%-i və qadınların 48%-i internetdən istifadə edir. Mobil rabitədə də oxşar vəziyyətdir. Ancaq məlumatları təqdim etmiş 84 ölkədən 24-də mobil rabitədən istifadə edən qadın və kişilərin nisbəti bərabərdir, bəzi ölkələrdə isə qadınların sayı üstünlük təşkil edir. Çilidə mobil rabitədən istifadə edən qadınların sayı kişilərə nisbətən 12% çoxdur.

Ümumilikdə hazırda dünya əhalisinin 96%-i səyyar mobil rabitə siqnalının, 93%-i isə “3G” və ya sonrakı nəsil şəbəkələrinin əhatə zonasında yaşayır. Şimali və Cənubi Amerika, Asiya-Sakit okean regionu və Avropada sonuncu göstərici 95%-dən yuxarı, Ərəb ölkələrində 91%, MDB-də 88% və Afrikada 79% təşkil edir.

Hesabat müəlliflərinin məlumatına görə, indi dünya əhalisinin 50%-dən çoxu (4,1 milyard) internetdən istifadə edir. 3,6 milyard nəfər “Ümumdünya Hörümçək Toru”na qoşulmayıb. Onların əksəriyyəti az inkişaf etmiş ölkələrdə yaşayır. Belə ölkələrdə 10 nəfərdən 2-si internet istifadə etmək imkanına malikdir.

Oxumağa dəyər:   Naxçıvandakı təlimlərdən görüntülər - VİDEO

Rəqəmli dünyaya qoşulmağa mane olan əsas problem internet və mobil rabitənin baha olmasıdır. Bundan başqa, yoxsul ölkələrin sakinləri rəqəmli texnologiyalarla işləmək bacarığına malik deyil. Məsələn, 84 ölkədən 40-da əhalinin yarıdan az bir hissəsi elementar kompüter bacarıqlarına malikdir: məsələn, onlar fayl köçürməyi və ya elektron poçtla məktub göndərməyi bilmirlər.

Hesabat müəllifləri bu və digər ölkələrin hökumətlərini əhalinin rəqəmli savadının inkişaf etdirilməsinə xüsusi diqqət yetirməyə səsləyiblər.

BTİ-nin qiymətləndirməsinə görə, 2019-cu ilin sonuna dünyada ev təsərrüfatlarının 57%-i öz internetinə çıxışa malik olacaq. Eyni zamanda 2018-dən 2019-cu ilədək hər bir ailədə kompüterlərin sayı 1% artacaq. Bunun sadə izahı var: bir çox ölkələrdə internetə qoşulmaq üçün insanlara artıq kompüter lazım deyil, bunun üçün smartfon kifayətdir.

Emil Hüseynov

İstinadlar ict news