BMT dünya əhalisinin hazırkı sayını və gələcək proqnozları açıqlayıb.

Bu barədə qurumun baş katibi Antonio Quterreş hesabat yayımlayıb.

Məlumata görə, hazırda yer kürəsində əhalinin sayı 7,7 milyard nəfərdir. Bu rəqəmin 2050-ci ilə qədər 9,7 milyarda çatacağı proqnozlaşdırılır.

Qeyd edilib ki, 2050-ci ildən sonra artım tempinin aşağı düşməsi gözlənilir. Belə ki, əsrin ikinci yarımilliyində dünya əhalisinin cəmi 1,3 milyard artacağı və ümumilikdə 11 milyarda çatacağı ehtimal edilir.

İstinadlar Qafqazinfo