Dağıstanlı sərbəst güləşçi, Azərbaycan yığmasının keçmiş üzvü Sultan Nəsrullayev Rusiyanın Voronej vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Azərbaycan 24 bildirir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata əsasən,  qəza Moskva-Həştərxan avtomobil yolunun 607-ci kilometrliyində, Voronej vilayətinin Qribanovski rayonunda baş verib. Nəticədə Dağıstandan olan dörd gənc dünyasını dəyişib.

Qeyd edək ki, 54 kiloqram çəki dərəcində çıxış edən S.Nəsrullayev 2011-ci ilin avqustunda Macarıstanda keçirilən gənclər arasında sərbəst güləş üzrə dünya çempionatında qızıl medal qazanmışdı.

İstinadlar Qafqazinfo